Azərbaycan millisinin sabiq futbolçusu Rahid Əmirquliyev peşəkar karyerasını bitirib.
Prosport.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, son 5 mövsümü "Səbail"də keçirmiş yarımmüdafiəçi 34 yaşında futbolla vidalaşıb.
Hazırda veteran oyunçunun karyerasını Bakı klubunda digər işdə davam etdirməsi ilə bağlı danışıqlar aparılır.
Qeyd edək ki, Rahid Əmirquliyev Azərbaycan Premyer Liqasında 457 oyunda meydana çıxıb və bunun 120-si "Səbail"in payına düşür.

