Transfer çalışmalarını davam etdirən "Kəpəz" növbəti keçidi rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, klub Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoyevlə müqavilə imzalayıb.
24 yaşlı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə bağlanıb. Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.
Şervoni Mabatşoyev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.

