Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Digər oyunçular onlara görə əziyyət çəkirlər" - Vaqif Cavadov
    18.01.2025 21:32:53

    "Sumqayıt" Azərbaycan Premyer Liqasının 19-cu turunda doğma meydanda "Səbail"ə 0:2 hesabı ilə məğlub olub.

    Msport.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov oyundan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    - Məğlub olduq, bu, normaldır. Rəqib sonuncu pillədə gedir. Onlarda istək daha çox idi. Ona görə də qalib gəldilər. Biz öz şanslarımızdan istifadə etmədik. Rəqib isə əlinə düşən şanslardan yaxşı istifadə edib qollar vurdu. Belə oyunlar olacaq. Bəzi futbolçuların təklifləri var. Bu da normaldır. Qış transfer pəncərəsi bağlanmayıb deyə bu söz-söhbətlər bəzi futbolçulara təsir edir. Yenə də oyuna görə uşaqlara təşəkkür edirəm. Heç nə itirilməyib. Rəqibi təbrik edirəm. Növbəti matça hazırlaşacağıq.

    - Hansı mövqelərə transfer planlaşdırırsınız?

    - Hücuma. İki hücumameyilli futbolçu gələcək.

    - Transferə gecikdiyinizi düşünmürsünüz?

    - Bilirəm ki, gecikirik. Amma bu, məndən asılı olmayan bir şeydir. Yaxşı futbolçu gətirmək üçün əlimizdən gələni edirik. Bir oyunçu bu gecə Bakıda olacaq. Hücumçudur. Elə-belə transferlər etmək istəmirik. Lazımlı futbolçunu tapmaq və bura gətirmək çox çətindir. Çalışacağıq ki, yeni oyunçunu növbəti matça hazır edək.

    - Rövlan Muradovun start heyətində olmaması ona gələn təkliflərlə bağlıdır?

    - Sərtan Taşkın məşqlərdə daha aktiv iştirak edir, daha yaxşı formadadır deyə əsas heyətdə meydana çıxdı. Sırf bununla bağlıdır.

    - Səbuhi Abdullazadənin start heyətində olmaması nə ilə bağlı idi?

    - Əzələsində ikinci dərəcəli yırtıq var. Ona görə də risk etmədik. Amma ikinci hissədə onu meydana buraxmağa məcbur oldum. Heyət geniş olmasa da, gileylənməyəcəm. Bu futbolçularla başlamışam. Bunlarla da yaxşı yerlər uğrunda mübarizə aparacağıq. Futbolçulara təkliflər olanda oyuna yaxşı köklənə bilmirlər. Mən onları başa düşürəm. Amma onlar da məni başa düşsünlər. Çünki, digər oyunçular onlara görə əziyyət çəkir. İnanıram ki, növbəti oyuna qədər bu problem aradan qalxacaq.

    Futbol

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51
    Futbol

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58
    Futbol

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46
    Futbol

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14
    Futbol

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29
    Minifutbol

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Türkdilli Ölkələrin Şahmat Akademiyası yaradılacaq

    24.09.2026 20:48:42

    Amil Həmzəyev yenidən "Naxçıvan" BK-da

    24.09.2026 20:13:21

    Elxan Səmədov İsgəndər Cavadovla görüşdü

    24.09.2026 19:33:51

    "Biz yalnız qələbəyə köklənirik" - "Neftçi"nin icraçı direktoru

    24.09.2026 19:00:41

    Millimizin məşqçisi həm də klubda işləyəcək

    24.09.2026 18:31:09

    Daha bir boksçumuz yarımfinalda uduzub, "bürünc"lə kifayətləndi

    24.09.2026 18:02:41

    Azərbaycan təmsilçisi Çempionlar Liqası ilə vidalaşdı

    24.09.2026 17:41:58

    Millimiz üçün Avropa çempionatında iştirak şansı

    24.09.2026 17:13:46

    Dünya Seriyasının final mərhələsi üçün heyət bilindi - ADLAR

    24.09.2026 16:48:21

    "Sumqayıt"dan növbəti transfer

    24.09.2026 16:16:34

    Yuri Maksimov "İmişli" və "Neftçi"ni seçdi

    24.09.2026 15:47:14

    AFFA-nın vitse-prezidenti Bolqarıstana gedir

    24.09.2026 15:13:29

    "Zirə" Çempionlar Liqasına qələbə ilə başladı

    24.09.2026 14:49:36

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    24.09.2026 14:18:51

    Millimizin legioneri İtaliyada klubunu dəyişə bilər

    24.09.2026 13:55:35
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved