"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Prosport.Az xəbər verir ki, Kauan Martins De Paula ilə 6 ay + 1 illik müqavilə bağlanılıb.
Son olaraq Şimali Makedoniyanın "Brera Strumitsa" klubunda forma geyinən 24 yaşlı braziliyalı müdafiəçi vətənində "Pirasikaba", "Mariliya" və "Qremio"nun, Estoniyada isə "Narva-Trans"ın şərəfini qoruyub.

