Misli Premyer Liqasının XIX turunun “Kəpəz” – “Turan Tovuz” oyununun hakimlər briqadasında dəyişiklik olub.
Prosport.Az xəbər verir ki, köməkçi hakim Kamran Bayramovun səhhətində problem yaranıb. Bu səbəbdən onu Şirmamed Mamedov əvəz edəcək.
Qeyd edək ki, Qərb derbisi sabah keçiriləcək.

