Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futbol
    "Neçə dəfə bu suala cavab verim?" – Qurban Qurbanov
    17.01.2025 22:20:10

    "Qarabağ" Misli Premyer Liqasının XIX turunda öz meydanında "Şamaxı"nı 3:2 hesabı ilə məğlub edib.

    Prosport.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

    – Çatışmazlıqlarımız çox idi. Bu gün sürət, dinamik və baxımlı oyun gözləmək asan deyildi. Çox vacib qalibiyyət əldə etdik. Ayxan Abbasov yaxşı kollektiv formalaşdırıb. "Şamaxı" öz oyununu get-gedə daha da təkmilləşdirir. Ayxana uğurlar arzulayıram. Azarkeşlərimiz belə havada bizə dəstək oldu. Onlara təşəkkür edirəm.

    – "Qarabağ"ın bu gün 2 qol buraxması sizin üçün sürpriz oldu?
    – "Şamaxı"nın özünəxas oyun üslubu var. Məni qol buraxmağımız narahat edir. Müdafiədə daha diqqətli olmalıyıq. Bu cür bəsit qollar buaxmaq olmaz. Bu oyun üslubunu "Şamaxı" yaxşı yerinə yetirir. Bilirlər ki, meydanda necə yerləşmək lazımdır. Texniki səhvlərimiz oldu. Məni narahat etdi. Belə buraxılan qolların komandaya faydası çox olur. Oyunun gedişatında daha ciddi və diqqətli olmalıyıq.

    – Yoxlama oyunlarında gəncləri sınaqdan keçirdiniz. Premyer Liqa matçlarında da belə olacaq?
    – Hələ tezdir, baxacağıq. Amin Rzayevin 16 yaşı var. Bərkiməlidir. Davud Mənsumov var. 1 ay idi ki, komanda ilə məşq edirdi. Baxacağıq. Görsək ki, o sürətə dözmə qabiliyyətləri var, şans verəcəyik.

    – Mateus Silva sanki müdafiənin mərkəzində oynamağa öyrəşməyib. Bəhlul Mustafazadə FKSB ilə matçda oynaya bilər, yoxsa planlar başqadır?
    – Fərqli səhvlər idi. Mövqe səhvi olduğunu demək doğru deyil. Mateusun başqa üstün keyfiyyətləri var. Sabah Kevin Medina da, Mateus da əsas heyətdə olmaya bilər. Hər bir oyunçunun oynamaq ehtiamalı var. Bəzən heyəti rəqibə görə də formalaşdırırıq. Bəhlul komanda ilə məşqərə başlayıb. 5 günümüz var. Duruma baxacağıq.

    – Adətən “Qarabağ”dan gedən futbolçuların geridönüşü bir neçə dəfə müşahidə olunub. İndiki dönəmdə yeni forvardın gəlməsi, komandaya öyrəşməsi zaman ala bilər. Sabiq futbolçularınıza nəzər salsaq, məsələn, İbrahima Vaci var, “Sent-Etyen”də çox da oynamır. Onu ən azından yaya qədər komandaya kömək etmək üçün geri qaytarmaq məsələsi aktual olub?
    – Vaciyə diqqət ayırmamışıq. Hələ ki başqa oyunçuları gözdən keçiririk. Amma Vaci də orada ola bilər.

    – "Qarabağ" hələ də oyunçu almayıb. İcraiyyə Komitəsinin legioner limiti ilə bağlı qərarını gözləyirsiniz?
    – Az müddət oldu. Çempionat dekabrın 21-də tamamlandı, yanvarın 17-də yenə oynadıq. Müddət çox az idi. Hazırda limitin bura aidiyyatı yoxdur. İstədiyimiz mövqelərə bəyəndiklərimiz olsa, mütləq götürəcəyik. Ötən aylarda da neçə oyunçumuz zədələndi, balansı qoruya bilmədik. Bəzi rotasiyalar etdik. Bu ay 15 gündə 5 oyunumuz var. Transfer xətrinə transfer etmək istəmirik. Çox istərdik ki, ürəyimizcə olan oyunçular olsun. Axtarışdayıq.

    – Yassin Benziyanın mövqeyində kimi görəcəyik?
    – Leandru Andrade də, Abdellah Zubir də ola bilər. Rəqibdən, edəcəyimiz rotasiyalardan asılıdır. Hər ikisinin o mövqedə oynamaq potensialı var.

    – FKSB-ni analiz etmisiniz? Bu komanda haqda nə deyə bilərsiniz?
    – Ağır komandadır. Çox intizamlı oyun üslubları var. Meydanın mərkəzində 10 nəfərlə müdafiə olunurlar. Bütün oyunlara baxırıq. Fiziki cəhətdən bərk komandadır. Asan rəqib kimi görünmür. Çalışacağıq ki, daha aktiv olaq. Çünki çox təhlükəli əks-hücumları var, standart vəziyyətlərdə təhlükəlidirlər. Sırf nəticəyə oynaya bilirlər. Tipik Avropa komandası kimi intizamlıdırlar.

    – Mediada bəzi futbolçuların adı "Qarabağ"la hallanır. Bunlar Qurban Səfərov və Denis Ədilovdur. Siz bu məsələlərdən məlumatlısınız? Əvəzedici heyətin gücləndirilməsini istəyirsiniz?
    – Tam məlumatlı deyiləm. Aftandil Hacıyev oradadır. Çox keyfiyyətli iş görür. Özü də bilir ki, ona çox güvənirik. 100% qəbul olunduqdan sonra öz fikirlərimi bildirərəm. İndi tam ətraflı cavab verə bilməyəcəyəm. Orada da yaxşı kollektiv formalaşdırmaq istəyirik. Çünki əvəzedici heyət də bizim üçün vacibdir.

    – Gələn həftə İK-nin iclası olacaq. 5 illik strategiya planına ümidlisiniz?
    – İnanın ki, çox istəyərəm ətraflı danışım, sizinlə Azərbaycan futbolu haqda danışaq. Əgər bu qərar qəbul olunmayıbsa, ictimaiyyətə açıqlanmayıbsa, sizə fikir bildirə bilməyəcəyəm.

    – Strategiya açıqlandıqdan sonra deyəcəksiniz ki, filan təklifi mən vermişdim?
    – Özüm təklif verməmişəm. Ümumi diskussiya gedib. Öz fikirlərimizi hansısa formada bildirə bilərik. Belçika şirkətinin təcrübəsi böyükdür. Olsa, deyəcəyəm, olmasa demeyəcəyəm.

    – Orada futboldan başı çıxan 2 nəfər var...
    – Bir az hörmətlə yanaşmaq lazımdır. "Futboldan başı çıxmaq" ağır kəlmədir. Orada oturan insanların hər biri məsuliyyətlidir. İstənilən qurumda əyləşənlərə hörmətlə yanaşmalıyıq. İş onlara tapşırılıbsa, qərarları gözləmək lazımdır. Bu tip suallardan qaçıram. Sadəcə, tövsiyəm odur ki, istənilən şəxsə, sahəyə, ələlxüsus da mediada bildiriləsi fikrə hörmətlə yanaşaq. 

    – Fasilə müddətdində ən çox müzakirə edilən legioner limitinin ləğvi idi. Siz bu haqda nə düşünürsünüz?
    – Neçə dəfə cavab verim? (gülür). Cavabım eynidir. Fikir bildirməyim düzgün olmazdı.

    Futbol

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38
    Futbol

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28
    Futbol

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41
    Futbol

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46
    Futbol

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59
    Futbol

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yuri Vernidub braziliyalı vingerin üstündən "xətt çəkdi"

    27.07.2026 23:42:38

    İdmançımız Dünya Kubokunun qalibi oldu

    27.07.2026 23:15:37

    "Sabah"a qarşı mövsümün ən yaxşı oyununu keçirməliyik" - Miika Nuutinen

    27.07.2026 22:40:28

    "Bakıda elə nəticə əldə etdik ki, cavab oyununda şansımız qalır" - KuPS-un futbolçusu

    27.07.2026 22:19:41

    AGF 3 ölkənin federasiyası ilə memorandum imzaladı - FOTOLAR

    27.07.2026 21:49:25

    Premyer Liqamızın keçmiş bombardiri bölgə klubunda

    27.07.2026 21:17:46

    “İlk oyundakı qələbə bizi cüzi favorit edir” – Valdas Dambrauskas

    27.07.2026 20:46:59

    Azərbaycan I və I liqalarının püşkatma tarixləri açıqlandı

    27.07.2026 20:13:39

    "İmişli" Anqola millisinin sabiq üzvünü transfer etdi

    27.07.2026 19:57:53

    "Turan Tovuz" növbəti yoxlama oyununda heç-heçə etdi

    27.07.2026 19:24:30

    “Qəbələ” futbolçusunu Slovakiya klubuna satdı

    27.07.2026 18:48:03

    Azərbaycan klubunda yaponiyalı legioner

    27.07.2026 18:28:20

    "Qarabağ"dan azarkeşlərinə şad xəbər

    27.07.2026 18:09:59

    Bakıda dünya çempionatının açılışı oldu

    27.07.2026 17:40:41

    "Fiorentina" "Qarabağ"ın legionerinə elçi düşdü

    27.07.2026 17:18:46
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved