Türkiyə millisinin sabiq futbolçusu, məşqçi Fatih Təkkə, tanınmış mütəxəssis, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Mətin Aktaş Azərbaycanda səfərdədir.
Prosport.Az xəbər verir ki, onlar Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olub.
Qonaqlara Təlim-Məşq Mərkəzində yaradılmış şərait barədə məlumat verilib.

