Almaniyanın "Bayern" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Prosport.Az xəbər verir ki, Münhen təmsilçisi "Borussiya"dan ayrılan Rafael Gerreyronu transfer edib. 29 yaşlı sol cinah müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb. Qeyd edək ki, Rafael Gerreyro 2016-2023-cü illər ərzində "Borussiya"da çıxış edib. Portuqaliya millisinin üzvü son mövsümdə Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 6 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
"Bayern" yeni transferini açıqladı

