"Flamenqu" azarkeşlərindən xoş mesajlar aldım".
Prosport.Az xəbər verir ki, bu sözləri "Qarabağ"ı "Flamenqu"ya dəyişən Juninyu Braziliya klubunun rəsmi saytına açıqlamasında deyib.
28 yaşlı forvard A Seriyası təmsilçisinə keçdiyi üçün xoşbəxt olduğunu bildirib: "Bu komandanı ən yaxşı şəkildə təmsil etməyə çalışacağam. Çox təşəkkür edirəm".
Qeyd edək ki, Juninyu "Flamenqu" ilə 2028-ci ilə qədər müqavilə imzalayıb.

