"Mingəçevirdəki stadionda əlavə meydançalar inşa olunacaq".
Prosport.Az xəbər verir ki, bunu ASTA-nın (Azerbaijan Sport Talents Academy) prezidenti Rafael Bunyatov "Mingəçevir" futbol klubu ilə tərəfdaşlıq müqaviləsinin imzalanması mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, akademiya yaradılacağını da vurğulayıb: "İlk növbədə I Liqada qalmağı planlaşdırmışıq. Daha sonra inkişaf üçün yeni baza yaratmaq, meydanları bərpa etməyi planlaşdırmışıq. Bazanın kənarında əlavə 3 meydança nəzərdə tutulub. Futbol Akademiyası yaradılacaq. "Marset" Akademiyasının təlimlərini Mingəçevir şəhərinə salmaq və burada hər il 4-6 toplanış keçirmək planlaşdırılıb".

