Polşanın “Legiya” klubunun futbolçusu Migel Alfarela karyerasını Azərbaycanda davam etdirə bilər.
Prosport.Az xəbər verir ki, “Qarabağ” 27 yaşlı fransalı hücumçu ilə maraqlanır.
Alfarela ötən yay 1 milyon avroya Fransanın “Bastiya” klubundan “Legiya”ya keçib. Onun paytaxt təmsilçisi ilə müqaviləsi 2027-ci ilə qədərdir. “Transfermarkt” portalında hücumçunun transfer dəyəri 600 min avrodur.

