Ölkəmizi UEFA Avropa Konfrans Liqasında təmsil edəcək "Sabah" heyətinə yeni legioner cəlb etməyi planlaşdırır.
Prosport.Az grada3.com portalına istinadən xəbər verir ki, Masazır təmsilçisi yaxın vaxtlarda İspaniyanın “Ponferadina” klubunun müdafiəçisi Sufyan Şakla ilə müqavilə imzalayacaq.
29 yaşlı mərkəz müdafiəçisinin xidmətində "Sabah"dan savayı, İspaniyanın "Rasinq" və "Mirandes" klubları da maraqlıdır. Lakin Mərakeş yığmasının futbolçusu “Sabah” variantına üstünlük vermək qərarına gəlib.
Qeyd edək ki, Sufyan Şakla bundan əvvəl İspaniyada "Vilyareal", "Xetafe", Belçikanın "Löven” və Macarıstanın “Fehervar” klublarında da çıxış edib.

