“Qarabağ”dan Braziliya təmsilçisi “Flamenqu”ya keçən Juninyunun həyat yoldaşı Vivian sosial şəbəkə hesabında paylaşım edib.
Prosport.Az xəbər verir ki, hücumçunun xanımı Azərbaycan çempionu ilə vidalaşıb:
“Bizi qarşıladığınız və günlərimizi xoş etdiyiniz üçün təşəkkür edirik. Gözəl hekayə idi. Sonsuz minnətdarıq. “Qarabağ”, inanılmazsan! Dünyadakı bütün uğurları bu kluba arzulayıram”
Qeyd edək ki, “Qarabağ” bu keçiddən 5 milyon avro qazanacaq. Juninyu 2023-cü ildən “köhlən atlar”ın formasını geyinir. Azərbaycan çempionatının və Kubokunun qalibi olan forvard Ağdam klubunda 80 oyun keçirib, 42 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

