"Qarabağ"ın sabiq futbolçusu Uroş Matiç gözlənilmədən futbolçu karyerasını başa vurub və məşqçiliyə başlayıb.
Prosport.Az xəbər verir ki, o, ölkəsi Serbiyada "Yedinstvo" komandasının baş məşqçisi təyin edilib. Bu klub hazırda yüksək liqada yarışır və 16 komanda arasında sonuncu pilləni tutur. 34 yaşlı Matiçlə bu mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Matiç son olaraq futbolçu kimi elə "Yedinstvo"da oynayıb.
O, 2020/2021 mövsümündə "Qarabağ"da çıxış edib.