"Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı".
Prosport.Az xəbər verir ki, bunu "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Səbail"lə yoxlama matçından sonra deyib.
Mütəxəssis futbolçulardan razı qaldığını vurğulayıb: "Hər 2 oyundan razı qaldıq. Yenə hər hissədə fərqli heyətlə oynadıq və futbolçulara eyni yükləməni verdik. Hansı çatışmazlıqlar olduğunu hər 2 matçda gördük. Qarşıdakı məşq proseslərinda optimal formaya yaxınlaşacağıq".
Qeyd edək ki, "Azərsun Arena"da baş tutan "Araz-Naxçıvan" – "Səbail" matçı Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

