“Şamaxı” futbolçusu Zahid Mərdanovla yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Zahid Mərdanov 2023-cü ilin yanvarından “Şamaxı”da çıxış edirdi. O, gəncəli futbol məşqçisi Xaliq Mərdanovun oğludur.