"Qarabağ"dan ayrılan Zamiq Əliyevin yeni klubu məlum olub. Prosport.Az-ın əldə etdiyi məlumata görə, 22 yaşlı mərkəz müdafiəçisi yenidən "Kəpəz"lə anlaşıb. Azərbaycanın U-21 millisinin üzvü ötən mövsümü icarə əsasında məhz Gəncə klubunda keçirmişdi.