Azərbaycan millisinin keçmiş futbolçusu Dmitri Nəzərovun yeni klubu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi karyerasını Almaniyada davam etdirəcək.
3-cü Bundesliqa klubu “Ersgebirge”dən ayrılan Nəzərov Regional Liqada mübarizə aparan “Kikkers Offenbax”la müqavilə imzalayıb. Bu klubun idman direktoru Kristian Hok da məlumatı artıq təsdiqləyib.
Qeyd edək ki, Dmitri Nəzəov 2014-2022-ci illər aralığında Azərbaycan millisinin heyətində 43 oyun keçirib, 7 qol vurub.

