Misli Premyer Liqasında çıxış edən "Sumqayıt" və "Araz-Naxçıvan" komandaları yoxlama oyununda heç-heçə ediblər.
Prosport.Az xəbər verir ki, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunub. Matç 2:2 hesabı ilə yekunlaşıb.
Naxçıvan klubunun heyətində Benni və Nunu Rodrigeş fərqləniblər. "Gənclik şəhəri" təmsilçisində isə Giorgi Karaişvili ilə Casurbek Caloliddinov rəqibin qapısına yol tapıblar.
Qeyd edək ki, "Sumqayıt" hazırda turnir cədvəlində 20 xalla 6-cı pillədə qərarlaşıb. "Araz-Naxçıvan" isə 39 xalla ikincidir.

