Misli Premyer Liqasında mövsümün ikinci yarısına hazırlaşan "Qarabağ" və "Kəpəz" klubları yoxlama oyununda qarşılaşıblar.
Prosport.Az xəbər verir ki, "Azərsun Arena"nın köməkçi meydançasında baş tutan matç Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Ev sahiblərinin heyətində Aleksey Kaşuk (5, 14, 35), Emmanuel Addai (38) və Davud Məsumov (64) fərqlənib.
Gəncəlilərdən isə Ehtiram Şahverdiyev (67) adını tabloya yazdırıb.
Qeyd edək ki, Ağdam təmsilçisi yanvarın 12-də ikinci yoxlama matçında "Zirə" ilə qarşılaşacaq.

