"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, söhbət 23 yaşlı Ryonosuke Ohoridən gedir.
Yaponiya U-17 millisinin sabiq üzvü ilə bütün detallarda razılıq əldə olunub.
Qeyd edək ki, son olaraq "Transinvest"in (Litva) formasını geyinmiş mərkəz yarımmüdafiəçisi 31 oyunda 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Ölkəsinin "Hiroşima" klubunda çıxış etmiş Ohori həmçinin qısa müddət ərzində Koreya və Latviyada legioner həyatı yaşayıb.

