"Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, bölgə təmsilçisi hücumçu Mixael Suke Dias Santosu heyətinə qatıb.
Braziliyalı forvardla il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.
Qeyd edək ki, 31 yaşlı futbolçunun son klubu Litvanın “Hegelmann” klubu olub.

