“Kriştianonun Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçidi inanılmaz bir qərar idi. Amma bu, unikal təcrübədir”.
Prosport.Az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.
Vaxtilə Portuqaliya yığmasını çalışdıran mütəxəssis Kriştianu Ronaldunun “Əl-Nəsr”dəki çıxışı barədə danışıb: “Əl-Nəsr” Avropa klublarından heç nə ilə fərqlənmir. Səudiyyə Ərəbistanı futbolunda atmosfer möhtəşəmdir. Kriştianu dünya səviyyəli oyunçudur. O, gələcəyini təmin etmək istəyirdi”.
Qeyd edək ki, Ronaldu 2022-ci ilin dekabrından Asiya təmsilçisinin formasını geyinir.

