"Nürnberq"in baş məşqçisi Miroslav Kloze Almaniya mətbuatına açıqlamasında komandanın hücumçusu Mahir Emreli ilə dialoqundan söz açıb.
Prosport.Az xəbər verir ki, "Bild" nəşrinə danışan mütəxəssis azərbaycanlı futbolçunun çatışmazlıqlarından bəhs edib:
"Mahir Emreli ilə ünsiyyət asan deyil. Ona bəzi məsələləri 2-3 dəfə izah etməli oluruq. Buna görə də tez-tez künc zərbələri zamanı və ya topu buraxmaq üçün harada durması barədə məsləhətlər alır. Mahirlə bu məsələlərlə bağlı danışırıq. Onun Stefanos Tzimasla münasibəti yaxşılaşıb, amma hələ də bundan razı deyiləm”.
Qeyd edək ki, Emreli yayda "Nürnberq"lə 1 illik müqavilə imzalayıb.

