Ölkəmizi UEFA Konfrans Liqasında təmsil edəcək "Qəbələ" daha 1 futbolçusunu itirib.
Prosport.Az xəbər verir ki, Şimali Makedoniyalı İsnik Alimi komandanı tərk edib. Tərəflər danışıqlar aparsa da futbolçu "Qəbələ"nin təklifi qəbul etməyib
Qeyd edək ki, İsnik Alimi ilə hazırda "Zirə" yaxından maraqlanır.

