"Juninyunun transferi, yəqin ki, bu gün və ya sabah həllini tapacaq".
Bunu Prosport.Az-a "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl deyib.
İspaniyanın "Sebiya" klubuna keçidi gözlənilən "Qarabağ"ın hücumçusu birdən-birə fikrini dəyişib. Braziliyalı hücumçu ölkəsinin "Flamenqu" klubuna keçmək qərarına gəlib.
Əmrah Çəlikəl İspaniya klubuna keçidin son anda baş tutmaması xəbərini təkzib etməyib: "Hazırda bu transfer üzərində iş gedir. Yaxın 1-2 günə məsələ həll olunacaq. Onda danışmaq daha məqsədəuyğundur".

