Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev yaxın vaxtlarda "Polessye”ni tərk edə bilər.
Prosport.Az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi komanda ilə toplanışa getməyib və onun “Polessye”dən gedişi gündəmdədir.
Mustafayev indiki klubundan ayrılsa da, Ukraynanı tərk etməyəcək. Belə ki, “Çernomorets” millimizin üzvü ilə maraqlanır.
Onun mövsümün sonuna kimi icarəyə götürülməsi mümkündür. Emil Mustafayevin Misli Premyer Liqasında çıxış edən klublarından birinə keçmək variantı da var.

