Qarabağ"ın futbolçusu Juninyunu heyətinə qatmaqda çətinlik çəkən İspaniyanın "Sevilya" klubu diqqətini başqa hücumçuya yönəldib.
Prosport.Az xəbər verir ki, Əndəlüs təmsilçisi Belçikanın "Anderlext" komandasında çıxış edən Luis Vaskeslə maraqlanır. La Liqa klubu 23 yaşlı argentinalı forvardı satın almaq hüququ ilə mövsümün sonunadək icarəyə götürmək istəyir.
Qeyd edək ki, Braziliya mətbuatı Juninyunun "Flamenqu"ya transfer oluna biləcəyini yazıb.

