"Qarabağ"ın futbolçusu Juninyu "Flamenqo" komandasının baş məşqçisi Felipe Luislə danışdıqdan sonra İspaniya təmsilçisi "Sevilya"ya keçmək fikrindən daşınıb.
Prosport.Az xəbər verir ki, Braziliya A Seriyasında çıxış edən klub Azərbaycan çempionuna və 28 yaşlı hücumçuya sərfəli təklif göndərib.
"Flamenqo" forvard üçün 5 milyon avro (4+1) ödəmək istəyir. Juninyu üçün nəzərdə tutulan mümkün maaş isə "Sevilya"nın təklifindən 3 dəfə çoxdur. Braziliyalı oyunçu ilə 3 illik müqavilə imzalamaq niyyətində olan klub mövsümöncəsi onu heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Flamenqo"nun baş məşqçisi Felipe Luis karyerası ərzində İspaniyanın "Atletiko" və İngiltərənin "Çelsi" kimi tanınmış komandalarının, həmçinin 44 oyunda Braziliya millisinin formasını geyinib.

