"Yuventus" "Lill" klubunun ABŞ-dan olan forvardı Timoti Veanın keçidini həll etmək üzrədir.
Prosport.Az La Gazzetta Dello Sporta istinadən xəbər verir ki, "biankoneri" Veanın özü ilə şəxsi razılıq əldə edib. Fransa klubu u keçidə görə qarşı tərəfdən 15 milyon avro istəyir.
Yaxın günlərdə klubun rəsmiləri arasında növbəti görüşün baş tutacağı gözlənilir.

