Avropa Liqasının əsas mərhələsinin VII turunda “Qarabağ”ın rəqibi olan FKSB Bakıda keçiriləcək oyun öncəsi Luis Felipe ilə vidalaşa bilər.
Prosport.Az xəbər verir ki, braziliyalı futbolçu komanda ilə Antalyadakı təlim-məşq toplanışına yollanmayıb.
Moldovanın “Şerif” klubu Felipenin xidmətində maraqlıdır. Daha əvvəl klubun sahibi Cici Bekali forvardı 400 min avroya satmağa hazır olduğunu bildirmişdi.
23 yaşlı vingerin FKSB ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.
"Qarabağ" - FKSB matçı yanvarın 23-də Tofiq Bəhramov adına stadionda keçiriləcək və 21:45-də start götürəcək.

