Azərbaycan milli komandasının müdafiəçisi Rahil Məmmədovun formasını geyindiyi Polşanın “Radomyak” klubu yeni baş məşqçi ilə bağlı qərar verib.
Prosport.Az xəbər verir ki, Polşa klubuna son iş yeri Sloveniyanın “Olimpiya” komandası olan portuqaliyalı mütəxəssis Joau Henrikeş başçılıq edəcək.
Xatırladaq ki, Henrikeş 2023-cü ilin yayında Avropa Liqasının seçmə mərhələsinin pley-off mərhələsində “Qarabağ”a uduzan (0:2, 1:1) zaman “Olimpiya”nın baş məşqçisi olub. Əlavə edək ki, həmin vaxtı Rahil Məmmədov da “Qarabağ”da oynayıb, lakin meydana çıxmayıb.

