"Səbail” daha bir oyunçunun keçidini rəsmiləşdirib.
Prosport.Az xəbər verir ki, Bakı təmsilçisi millimizin sabiq üzvü Mirabdulla Abbasovu heyətinə cəlb edib.
29 yaşlı hücumçu ilə cari mövsümün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Abbasov 2019/2020 və 2022/2023-cü illər mövsümündə də “Səbail”də çıxış edib.

