Turan Tovuz" klubunun futbolçusu Roderik Miller əməliyyat edilib.
Prosport.Az xəbər verir ki, menisk yırtığı diaqnozu qoyulan oyunçu artroskopik diz əməliyyatı olunub. Klub rəhbərliyi və həkimlərin icazəsi ilə müdafiəçinin əməliyyatı vətəni Panamada, milli komandasının həkimlərinin nəzarəti altında gerçəkləşib.
Millerin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

