Mövsümün ikinci hissəsinə Türkiyədə hazırlaşan "Turan Tovuz"un qış təlim-məşq toplanışında qarşılaşacağı rəqiblər açıqlanıb.
Prosport.Az xəbər verir ki, qərb təmsilçisi yanvarın 9-da Rumıniya təmsilçisi “Qloriya Buzau” ilə üz-üzə gələcək.
Oyun yerli vaxtla saat 17:00-da başlayacaq. Qurban Berdiyevin rəhbərlik etdiyi kollektivin növbəti sınağı 3 gün sonra Özbəkistan klubu "Paxtakor"a qarşı olacaq. Həmin görüş də saat 17:00-da start götürəcək.

