"Qarabağ”ın futbolçusu Junionyunun “Sevilya”ya transferinin yeni detalları üzə çıxıb. Prosport.Az xəbər verir ki, İspaniya mətbuatı razılaşmanın bəzi məqamlarını üzə çıxarıb. “Qarabağ” braziliyalı hücumçu üçün 4 milyon avro tələb etsə də, “Sevilya” bunun yalnız 3 milyonunu ödəyəcək. Digər 1 milyonu isə Juninyu özü ödəyəcək. Qeyd edək ki, transferin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.
"Qarabağ"ın "Sevilya"dan istədiyi təzminatın 1 milyonunu Juninyu ödəyəcək

