Azərbaycanın FIFA referisi Əliyar Ağayevin 21 yaşadək komandalar arasında keçirilən Avropa çempionatında təyinat aldığı növbəti oyun bəlli olub.
Prosport.Az xəbər verir ki, ədalət təmsilçisi C qrupunun II turundakı Çexiya – Almaniya görüşündə 4-cü hakim funksiyasını yerinə yetirəcək.
Matçı norveçli Espen Eskas idarə edəcək. Ona həmyerliləri Yan Erik Enqan və İsak Elias Başevkin köməklik göstərəcək.
Qeyd edək ki, iyulun 25-də Gürcüstandakı "Batumi Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qitə çempionatı Gürcüstan və Rumıniyada təşkil olunur. Əliyar Ağayev daha əvvəl Avropa çempionatının açılış oyununu – A qrupundakı Belçika – Niderland (0:0) matçını idarə edib. Həmin matçda o, 5 dəfə əlini cibinə salıb.

