"Zirə" klubu futbolçusu Abbas İbrahimlə yollarını ayırıb.
Prosport.Az xəbər verir ki, nigeriyalı yarımmüdafiəçi ilə klub arasında imzalanmış müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2023-cü ilin fevralında "qartallar"a keçən A.İbrahimin sözləşməsinin müddəti yayda başa çatmalı idi.

