"Qarabağ"ın futbolçusu Juninyunu heyətinə qatmağa yaxın olan İspaniyanın "Sevilya" klubu UEFA Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə Azərbaycan çempionuna əlavə ödəniş edəcək.
Prosport.Az xəbər verir ki, Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək.
Bundan əlavə, "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından 20% gəlir əldə etmək hüququna da malik olacaq. Bu keçidin "Sevilya"ya 4 milyon avroya (+1 milyon avro bonus) başa gələcəyi gözlənilir.
Bu həftə İspaniyaya gedəcək braziliyalı forvard yeni klubu ilə 2+1 illik müqavilə imzalayacaq.

