"İnter"in Bosniya və Hersoqovinadan olan forvardı Edin Dzeko karyerasını Türkiyədə davam etdirməyə yaxındır.
Prosport.Az xəbər verir ki, iyunun 30-da İtaliya təmsilçisi ilə müqaviləsi başa çatacaq olan 37 yaşlı hücumçu "Fənərbağça" ilə danışıqları tamamlayıb tibbi müayinədən keçmək üçün artıq İstanbul şəhərindədir.

