“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.
Prosport.Az xəbər verir ki, komanda sağ cinah yarımmüdafiəçisi olan Murad Vəliyevi heyətinə qatıb. U-21 yığmasının sabiq üzvü ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.
Qeyd edək ki, Tallində doğulmuş 22 yaşlı yarımmüdafiəçi Estoniyanın “Levadiya” klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Nımme Yunayted” klubunda çıxış edib.

