“Zirə” futbolçusu Abbas İbrahimlə müqaviləni ləğv edib.
Prosport.Az sportal.az-a istinadən xəbər verir ki, nigeriyalı yarımmüdafiəçinin müqaviləsinin bitməsinə 6 ay qalmış qəsəbə təmsilçisi onunla yollarını ayırıb.
Abbas İbrahim 2023-cü ilin fevralından paytaxt komandasında çıxış edirdi.
O, Portuqaliyada “Pakuş de Ferreyra”, “Paredeze” və “Aroka” klublarında oynamışdı.

