Estoniyada 2024-cü ildə milli komandanın vurduğu ən yaxşı qol açıqlanıb.
Prosport.Az xəbər verir ki, Tallində Millətlər Liqasının III turunda Azərbaycan millisinin qapısına Rokko Robert Şeynin 71-ci dəqiqədə vurduğu 3-cü qol (1:3) ən yaxşı kimi qeydə alınıb.
Maraqlıdır ki, jurnalistlər arasında keçirilən səsvermədə 2-ci və 3-cü yerləri də müvafiq olaraq milli komandamıza Vlasi Sinyavski və İoan Yakovlevin vurduğu qollar seçilib.

