Macarıstanlı müdafiəçi Mark Tamaşla vidalaşan “Neftçi” daha bir legionerinə “gəl, müqaviləni pozaq“ təklifi edib.
Prosport.Ax sportinfo.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Ervin Koffi ilə yollarını ayırmaq fikrində qətidir.
Çünki Samir Abasov fransalını heç bir halda öz sərəncamında görmək istəmir. Baş məşqçi iyunda müqaviləsi bitəcək müdafiəçiyə şans verməyəcəyi barədə xəbərdarlıq edib.
Odur ki, rəsmilər 28 yaşlı sağ cinah oyunçusu ilə danışıqlar masası arxasına əyləşib. Ayrılıq xəbəri hər an açıqlana bilər.
2023-cü ilin iyulunda ölkəmizə təşrif buyurmuş Ervin Koffi həmin vaxt 2 illik müqavilə bağlayıb.

