"Mançester Yunayted" qış transfer pəncərəsi zamanı hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.
Prosport.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Sportinq"də çıxış edən Viktor Dyökereşdir.
"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim rəhbərlikdən isveçli forvardın transferini istəyib. Premyer Liqa nəhəngi 26 yaşlı hücumçu üçün qarşı tərəfə 80 milyon funt-sterlinq ödəməyə hazırdır.
Qeyd edək ki, "Sportinq" Viktor Dyökereşi ötən ilin yayında "Koventri"dən transfer edib. İsveç millisinin üzvü bu mövsüm Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 27 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. O, UEFA Millətlər Liqasının son mövsümündə Solnada Azərbaycan yığmasına 6:0 hesabı ilə qalib gəldikləri matçda 4 qol (poker) vurub.

