2014/2015-ci illər mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olmuş Nurlan Novruzov I Liqada çıxış edəcək.
Prosport.Az sportinfo.az-a istinadən xəbər verir ki, 31 yaşlı forvard “Qaradağ Lökbatan”la anlaşıb.
O, qəsəbə təmsilçisi ilə 5 aylıq müqavilə imzalayıb.
Novruzov son illərdə “Dinam-Avto” (Moldova), “Narva-Trans” (Estoniya), “Lalitpur Siti” və “Maçindra”da (hər ikisi Nepal) legioner həyatı yaşayıb.

