"Zirə" "Qarabağ"ın futbolçusu İsmayıl İbrahimlini heyətinə qatıb.
Prosport.Az xəbər verir ki, "Zirə" onunla müqavilə imzaladığını açıqlayıb.
"Qarabağ"a məxsus olan oyunçu növbəti mövsümün sonunadək bu komandada icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, 25 yaşlı yarımmüadafiəçi karyerası ərzində “Şüvəlan” və MOİK-in də uğurları üçün çalışıb.
Onun "Zirə"də yoluna davam edəcəyini hələ təxminən 1 ay əvvəl Prosport.Az yazmışdı.

