"Nyukasl" Sandro Tonalinin keçidi ilə bağlı bütün detalları razılaşdırıb.
Prosport.Az xəbər verir ki, bu barədə məlumatı tanınmış insayder Fabritsio Romano verib. "Nyukasl" "Milan" klubunun 23 yaşlı yarımmüdafiəçisi Sandro Tonalini 70 milyon avroya transfer etməyə çox yaxındır.
Qeyd edək ki, Sandro Tonali "Milan"a 2020-ci ildə "Breşia" klubundan transfer olunub.

