2023/2024 mövsümündə azərbaycanlı futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq.
Prosport.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası bu barədə qərar qəbul edib.
Bildirilib ki, türkdilli ölkələrdən – Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan 1 oyunçu hansısa klubda legioner sayılmayacaq.
Qeyd edək ki, Super Liqada yeni mövsüm avqustun 11-də başlayacaq. Daha əvvəl çempionatdakı komandalara 14 legionerlə çıxış etməsinə icazə verilib.

