Yay transfer dönəmində “Neftçi”ni tərk edən ilk əcnəbi futbolçu müəyyənləşib.
Prosport.Az xəbər verir ki, yarımmüdafiəçi Sezar Meza Kolli Bakı klubundan ayrılıb.
31 yaşlı paraqvaylı oyunçunun başa çatan müqaviləsinin yenilənməməsi qərara alınıb. Meneceri Kamil Məmmədovdan əldə etdiyimiz məlumata, onun 2 xarici klubda oynamaq variantı var.
Qeyd edək ki, 2021-ci ilin iyunundan “Neftçi”də çıxış edən Meza Kolli bu müddətdə 55 oyunda meydana çıxıb, 6 qol vurub.

